Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : 1 2 3  #
    Tənqidçi Vaqif Yusifli:
    Bu gün qəzəl canrını yaşadan şairlərdən biri də Hacı Mirəziz Seyidzadədir. Qəzəl yazmaq üçün əruz vəznini bilmək lazımdır. Hacı Mirəziz dini təhsil aldığı üçün bu sahəni gözəl bilir. Qəzəldə söz oynatmaq əsas şərt deyil. Burada forma ilə məzmun sıx birləşməlidir. Hacı Mirəzizin qəzəllərində biz bunları müşahidə edirik. Hacı Mirəziz həm də mötəbər bir din xadimidir. Azərbaycanda dinlə poeziya bir-birindən təjrid edilib. Həqiqətdə isə dinlə poeziya arasında heç bir uçurum yoxdur. Bizim klassiklərimiz öz divanlarını Allahın, Peyğəmbərin, imamların vəsfi ilə başlayıblar.
    19.10.09 Məqaləni oxumaq
     
    Akademik Hacı Vasim Məmmədəliyev:
    Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, Bakı İslam Universiteti Sumqayıt şöbəsinin müdiri, Elmi-Dini Şuranın fəal üzvü Hacı Mirəziz Seyidzadə bu gün Azərbaycan dini dairələrində yaxşı tanınmış, böyük nüfuz sahibi olan insanlardan biridir.
    Hacı Mirəziz Seyidzadə təfsir, fiqh, hədis sahəsində geniş biliyə malik olan üsul ilə furunu yəni nəzəriyyə ilə əməliyyəni bir-biri ilə yaxşı əlaqələndirməyi bacaran, onları yerində tətbiq edə bilən bacarıqlı din xadimidir.
    Onun Baş redaktoru olduğu Kəlam Elmi, Ədəbi, İctimai, Publisistik Curnalı bu gün Azərbaycanda nəşr olunan ən nüfuzlu dərgilərdən biridir. Mən özüm bu dərgini çox böyük maraqla mütaliə edir, ondan faydalanıram.
    19.10.09 Məqaləni oxumaq
     
    Çox hörmətli Hacı Mirəziz Seyyidzadə!
    Mən böyük fəxr hissi ilə sizin 60 illik yubileyinizi ürəkdən təbrik edirəm. Sizin bir tələbəniz, məzununuz olmaq mənim üçün şərəfdir. Siz bizim həm müəllimimiz, həm rektorumuz, həm ağsaqqalımız, həm də hər zaman problemlərimizin həllinə çalışan sadə bir insan olmusunuz.
    19.10.09 Məqaləni oxumaq
     
    Mirəziz seyidzadə - 60
    İNSAN çox mürəkkəb varlıqdır. Heç bir dahi insan təbiətini, onun daxili aləmini kəşf edərkən uğurlu nəticələrə imza atmayıb. Əksəriyyət bu məsələ ilə bağlı yalnız subyektiv fikirlər söyləməklə kifayətlənib.
    Məşhur alman filosofu Artur Şopenhauer Xoşbəxtlik fəlsəfəsi əsərində yazır: İnsan, onun fərdiliyi ona mümkün olan xoşbəxtliyin ölçüsünü əvvəlcədən müəyyənləşdirir. Abırlı, sakit, təmkinli insanlar çətin şəraitlərdə belə, özlərini qənaətbəxş sayar, ancaq bunu nə qədər varlı olsalar da, tamahkar, paxıl, kinli adamlar əldə edə bilməzlər 
    19.10.09 Məqaləni oxumaq
     
    Akademik Teymur Bünyadov:
    Qazi Hacı Mirəziz Seyidzadəni 10 ilə yaxındır ki, tanıyır, dostluq edirik. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadə  tərəfindən yaradılmış Elmi-Dini Şuranın üzvüyük. Onun bu mötəbər məclisdə iştirakı və xidməti qiptəyə layiqdir. Dost mehribanım Mirəziz hər şeydən əvvəl gözəl insandır. Mehribanlığı, sadəliyi və səmimiliyi ilə seçilən gözəl alimdir. Hacı Mirəziz qardaşımız gözəl insanlığı, ziyalılığı ilə yanaşı həm də görkəmli din xadimidir. Onun dinimizin saflığı, inkişafı, təbliği sahəsindəki xidmətləri diqqətə layiqdir. Bu sahəyə xidmət edən əsərləri dərin məzmunluğu, qayəsi və siqləti ilə diqqəti çəkir. Onun dini təhsilimizlə bağlı gördüyü işlər xüsusi qeyd edilməlidir.
    19.10.09 Məqaləni oxumaq
     
    Hacı Səid Seyidzadə:
    Mənim üçün Hacı Mirəziz Seyidzadə bir ata kimi ideal insandır. Mən ona həm övlad, həm də bir yoldaş-sirdaş kimi çox yaxınam. Bir sözlə münasibətlərimiz valideyn-övlad sərhəddi çərçivəsində tamamlanmır. Elə bu səbəbdən də ailədə digər övladlarıla Hacı arasında körpü rolunu oynayıram. Baxmayaraq ki, ailədə anam, məndən böyük qardaşım və bacılarım var. Bu həm də Hacının ailədə heç kimin sözünə dəyər verməməsi, yalnız məni eşitməsi anlamına gəlməməlidir. Sadəcə bizim ailədə çox ciddi nizam-intizam var. Heç bir ailə üzvü xırda məişət problemləri və digər istəkləri ilə bağlı Hacını narahat etmir. Amma Hacı həmişə övladlarının, xüsusən də kiçik yaşlı nəvələrinin təlim-tərbiyəsi, təhsili ilə maraqlanır, onlara məsləhətlərini verir. O, bir ata kimi övladlarının hamısını oxudub, onların ali təhsil almasına şərait yaratdığı üçün nəvələrini də belə görmək istəyir.  
    19.10.09 Məqaləni oxumaq
     
    Akademik Budaq Budaqov:
    Mən Hacı Mirəzizi Azərbaycan xalqının ümid bəslədiyi ziyalılardan biri kimi tanıyıram. Hacı Mirəzizin dində olan sağlam fikirlərin cəmiyyətə obyektiv çatdırılmasında müstəsna xidmətləri var. Onun təsisçiliyi və baş redaktorluğu ilə nəşr olunan Kəlam curnalı Azərbaycan ictimaiyyətinin elmi, ədəbi, publisistik nöqteyi-nəzərindən maarifləndirilməsində mühüm rol oynayır. Kəlam curnalının Redaksiya Heytəinin üzvü və daimi oxucusu kimi Hacı Mirəzizin fəaliyyətini təqdir edirəm. Bu curnala xüsusi hörmətim var.
    Hacı Mirəziz savadlı bir din xadimi kimi də cəmiyyətə öz töhfəsini verməkdədir. Onun İslami söhbətlər və Elmin qapısı kitabları çox böyük elmi çəkiyə malikdir.
    19.10.09 Məqaləni oxumaq
     
    Akademik Bəkir Nəbiyev:
    Şair Əziz Pünhanın Divanını (2008) böyük məmnuniyyətlə vərəqlədim. Onun əruzun ən mürəkkəb bəhrlərində qələmə aldığı qəzəllərini məmnun-məmnun oxudum. İncə bədii zövq sahibi olduğuna bir daha inandım.
    Poeziya Ağanın (Mirəziz Seyidzadə) istedadının təzahür etdiyi yeganə müstəvi deyil. Mən onun elmi fəaliyyətini, ilahiyyat sahəsindəki məqalələrini, özəlliklə də bir neçə il öncə nəşr etdirdiyi Elmin qapısı monoqrafiyasını həvəslə mütaliə etmişəm.
    Həzrət Əlinin (ə) həyatına və mübarək dinimizin intişarı yolunda heç kəslə müqaisəyə gəlməyən yorulmaz fəaliyyətinə, elm sahəsindəki şücaətlərinə həsr olunmuş monoqrafiyası Hacı Mirəzizin dərin biliklərə yiyələnmiş yorulmaz tədqiqatçı olduğundan xəbər verir.
    19.10.09 Məqaləni oxumaq
     
    Akademik Bahadur Tağıyev:
    Hacı Mirəzizin uşaqlıq və gənclik illəri mənim gözlərimin qabağında olub. Dünən olduğu kimi bu gün də onda müsbət keyfiyyətlər var. 1993-cü ilin sentyabrında Moskvada İslam və Elm mövzusunda keçirilən beynəlxalq konfransda Hacı Mirəzizin yüksək keyfiyyətinə, istedadına və qabiliyyətinə bir daha bələd oldum. Azərbaycanda da belə bir din xadiminin olmasından qürur duydum. Ot kökü üstə bitər. Hacı Mirəziz cənub bölgəsində çox məşhur olan bir ailənin nümayəndəsidir. Onun əmisi cənub bölgəsinin tanınmış axundlarından idi. Adam ona qulaq asanda ləzzət alardı.
    19.10.09 Məqaləni oxumaq
     
    Respublikanın əməkdar jurnalisti Vasif Səmədov:
    Seyyid, Qazi Hacı Mirəziz Seyidzadə həyat fəaliyyəti dövründə bir din xadimi, ədəbi-bədii yaradıcılıq, jurnalistik və maarifçilik sahəsində fərqlənən bir şəxsiyyət kimi tanınmışdır. O, elm sahəsində də elmi məqalələri ilə uğur qazanmışdır. Fəlsəfə elmləri namizədi kimi ölkəmizin ictimai-siyasi həyatında da fəaliyyətini davam etdirir. Naşiri və Baş redaktoru olduğu Kəlam Elmi, Ədəbi, İctimai, Publisistik Jurnalı geniş oxucu kütləsinin sevimli dərgilərindəndir. Bu jurnalın səhifələrində dərc etdirdiyi məqalələr, elmi, siyasi, bədii yazılar onun bu sahədəki fəaliyyətinin təzahürüdür.
    19.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031