Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məlumat » Qısa bioqrafik məlumat
    Seyidzadə Mirəziz Mirəsgər oğlu.

    1949-cu il fevral ayının 14-də Masallı rayonu Türkoba kəndində anadan olub. Təhsili: 1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib.

    1968-1974-cü illərdə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb.

    1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şübəsini əla qiymətlə başa vurub.

    1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub.

    Elmi dərəcəsi və elmi adları: 2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib.

    2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. Əmək fəaliyyəti: 1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb.

    1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub.

    1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib.

    2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiridir.

    Kitabları:

    1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.) Bakı-1991.

    2. "İslami söhbətlər" (Dərslik, 448 səh.) I hissə. Bakı-1996.

    3. "Allahımı belə tanıdım" (141 səh.) Bakı - 1998.

    4. "İslami söhbətlər". (Dərslik. 524 səh.) II hissə. Bakı - 2002.

    5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr). Bakı - 2003.

    6. "Bulud ağlamasa". (209 səh.) Bakı - 2006

    7. "Elmin qapısı" (650 səh.) Bakı - 2008

    8. "Divan" (472 səh.) Bakı-2008.

    9. “İslami söhbətlər” (Rus dilində, “İslamskie besedı” 502 səh.) Bakı-2009

    10. “Elmin qapısı” (İngilis dilində, “Door of knowledge”, 619 səh.) Bakı-2009

    11. “İmam Əlinin (ə) qısa kəlamları”, (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010

    12. “İslam olduğu kimi”, (447 səh.) Bakı-2011

    13. “Yaradan axtarışında”, (230 səh.) Bakı-2013

    Məqalələri:

    1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir.

    İctimai fəaliyyəti:

    1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının üzvüdür. "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi cameədə “Əziz Pünhan” təxəllüsü ilə çıxış edir.

    Qafqaz Müsəlmanları İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvüdür. 1991, 1993, 1996, 1998, 2004 və 2011-ci illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub.

    Ailə vəziyyəti:

    Ailəlidir, beş övladı var.
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2017»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Dek.2017»
    Ïí.Âò.Ñð.×ò.Ïò.Ñá.Âñ.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031