Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi



    Demokratik, müstəqil, hüquqi, dünyəvi və unitar dövlət çərçivəsində qurub yaradan Azərbaycanda bələdiyyələrin yaradılması və təşəkkül tapması obyektiv zərurətdən irəli gələn qanunauyğunluqdur. Demokratik cəmiyyətimizin Konstitusiyasının tələblərinə uyğun olaraq sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi, idarəçilik sahəsində də ciddi keyfiyyət dəyişiklikləri baş verir. Dövlət idarəçiliyi ilə yanaşı, yerli özünüidarəetmə orqanları da fəaliyyət göstərir. Bu özü də demokratikləşmənin dəyərli bəhrəsi və ən bariz nümunəsidir.

    Demokratikləşmə şəraitində insan amili ön plana çəkilir. İnsanın insana münasibəti, insanın cəmiyyətə, cəmiyyətin insana olan münasibəti, insanın dövlətə münasibəti keyfiyyətcə dəyişir, yeniləşir, demokratikləşir. Müstəqil insan öz dövləti ilə daha sıx əlaqəyə girir, idarəçilikdə daha fəal iştirak edir. İdarəçiliyi səmərələşdirmək, operativləşdirmək, xalqa daha çox yaxınlaşdırmaq barədə hər bir şəxs təkliflər verməyə hüquq qazanır.

    Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil. Bunun üçün yerli özünüidarəetmə orqanlarının yaradılması və fəaliyyət göstərməsi də çox zəruri və faydalıdır. Çünki yalnız özünüidarəetmə orqanlarının fəaliyyət göstərdikləri şəraitdə hər bir ərazinin sosial-iqtisadi imkanları araşdırıla və onlardan səmərəli istifadə edilməsi yolları konkret olaraq işlənib hazırlana bilər. Məhz belə bir şəraitdə yerlərdə ümumxalq əhəmiyyətli problemlərin həllində hər bir sakin fəal iştirak edib, özünün təcrübəsini, bilik və bacarığını reallaşdıra bilər. Xalq o zaman firavan yaşaya bilər ki, hər bir sakin öz potensialından bəhrələnə bilsin. Bu isə yerli özünüidarəetmə orqanlarının fəaliyyət göstərdikləri şəraitdə tam mümkün olur.

    Bələdiyyələrin yaradılması və inkişaf etdirilməsi ən yüksək səviyyədə, demokratik prinsiplər əsasında hər bir ərazidə mövcud olan yeraltı və yerüstü sərvətlərdən, işçi qüvvəsindən, su və torpaq ehtiyatlarından, iqlimdən, kurort sərvətindən faydalanmağa zəmin yaradır. Mədəni-maarif, təhsil, rabitə, səhiyyə, yol, nəqliyyat və digər bu kimi sosial-iqtisadi hadisələrin imkanlarından səmərəli istifadə edilməsi yerli əhalinin yaşayış tərzini dinamik surətdə yaxşılaşdırmağa imkan verir.

    Bələdiyyələrin yaradılması ilə respublikamızda həyata keçirilən islahatlar arasında sıx əlaqə vardır. İslahatların həyata keçirilməsi bələdiyyələrin yaradılması və uğurla fəaliyyət göstərməsi üçün zəmin yaradır. Bələdiyyələrin təşəkkül tapması isə islahatların həyatiliyini bir daha təsdiqləyir və böyük fayda verir.

    Bələdiyyə idarəçiliyi və ya menecment, yerli sosial-iqtisadi proseslərin idarə olunmasını öyrənən bir elmdir. Yerli idarəçilikdə bələdiyyə demokratikləşmə şəraitində bazar iqtisadiyyatının qanunlarına tam cavab verən təkmil və faydalı özünüidarəetmə rəhbərlik formasıdır.

    Bələdiyyə menecmenti isə yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləməyə kömək edir. Yerli özünüidarəetmə orqanları Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq yaradılır. İstər şəhərlərdə, istərsə də rayon və qəsəbələrdə yerli özünüidarəetmə orqanları yaradılarkən tarixi, təbii, iqtisadi və demokratik şərait, yerli və milli ənənələr nəzərə alınmalıdır.

    Bələdiyyələr öz ərazilərində həyata keçirilən bütün sosial-iqtisadi proseslərin həllinə bilavasitə rəhbərlik edirlər. Onlar öz ərazilərində yaşayan əhalinin maddi və mənəvi rifahını get-gedə daha çox yaxşılaşdırmağı qarşılarına məqsəd qoyurlar. Bələdiyyələr başçılıq etdikləri ərazilərdə müəssisə və təşkilatları maliyyələşdirmək və kreditləşdirmək üçün özlərinin büdcələrini yaradırlar. Mövcud təbii iqtisadi potensialdan səmərəli istifadə etmək üçün konkret yollar axtarıb tapırlar.

    Bələdiyyə ərazisində yerli şəraitdən asılı olaraq müxtəlif formalarda özünüidarəetmə qurumları fəaliyyət göstərir. Bütün bunlar demokratikləşmənin bəhrəsi kimi özünü biruzə verir.

    Bələdiyyələrin mülkiyyətinə verilmiş müxtəlif istehsal xarakterli müəssisələr, əmlak, torpaq onların öz mülahizələri əsasında inkişaf etdirilir və idarə olunur.

    Bələdiyyələrin əraziləri dövlət hakimiyyət orqanları tərəfindən müəyyən olunur. Ərazilərin sərhədləri müəyyən edilərkən, tarixən mövcud olan hüdudlar, sərhədlər əsas götürülür. İqtisadi rayonlaşmanın prinsipləri, xüsusilə təbii, iqtisadi və demoqrafik şərait nəzərə alınır.

    Bir sıra bələdiyyələrdə özəlləşdirmə də çox ləng gedir. Bu da danılmazdır ki, özünüidarəetmə problemlərinin vaxtında həll edilməməsi onların səmərəli və böyük üstünlüklərə malik olan idarəedici qurum olmalarına inamı azaldır. Halbuki, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti tam ümidvericidir. Onların səmərəli və mütərəqqi idarəetmə forması və böyük üstünlüklərə malik olması bir sıra ölkələrin çoxillik təcrübəsində sübuta yetirilmişdir.

    Beləliklə, qarşıda duran əsas vəzifələrdən biri bələdiyyə idarəçiliyinin faydalılığını, üstünlüklərini geniş xalq kütlələrinə hərtərəfli və dərindən aşılamaqdan ibarətdir. Bu sahədə yüzillik təcrübəyə malik olan ölkələrin, xüsusi ilə ABŞ, İngiltərə, İtaliya, Türkiyə, Almaniya, Fransa, Belçikanın zəngin təcrübəsindən bəhrələnmək çox vacib və əhəmiyyətlidir. Həmin ölkələrin təcrübəsi göstərir ki, bazar münasibətləri ilə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti arasında sıx əlaqə vardır. Bu əlaqələri araşdırmaq, bələdiyyələrin fəaliyyət dairəsini genişləndirmək, yerli təbii-iqtisadi potensialdan tam və səmərəli istifadə etmək məqsədi ilə müxtəlif elmi-tədqiqat metodlarından bacarıqla istifadə etmək çox vacib və faydalıdır.

    Bütün elmlərdə olduğu kimi, Bələdiyyə idarəçiliyi elmində də müxtəlif elmi-tədqiqat metodlarından və modellərindən istifadə olunur. Bu elmin ən çox istifadə etdiyi metodlar aşağıdakılardan ibarətdir: analiz, sintez, induksiya, deduksiya, iqtisadi-riyazi, eksperimental, statistika, balans, normativ və s.

    Bələdiyyə idarəçiliyi unutmamalıdır ki, ərazi sakinləri onlara böyük ümidlər bəsləyir və öz həyatlarını, talelərini onlara tapşırmışlar. Beləliklə, idarəedənlər qarşıda duran vəzifələrin xarakterindən, hər bir insanın özünəməxsus xüsusiyyətlərindən asılı olaraq, onlarla işgüzar əlaqə yaratmağı bacarmalıdırlar. Başqa sözlə desək, bələdiyyə idarəçiliyində fəaliyyət göstərən hər bir şəxs bilməlidir ki, onun seçiciləri, ərazi sakinləri onların dilindən qopan hər bir sözü, verdiyi hər bir vədi izləyir, nəticələrdən asılı olaraq fəaliyyətlərinə qiymət verirlər. Respublikamızda indi bu kimi sosial-psixoloji idarəetmə metodlarından daha geniş istifadə etməyə böyük ehtiyac vardır.

    Birincisi ona görə ki, bələdiyyə idarəçiliyi yenicə fəaliyyətə başlamışdır. Əhalini idarə etmək üçün onlar hələlik lazımınca təcrübə toplamamışlar. Sakinlərin onlara inamı da hələlik lazımı səviyyədə deyil.

    İkincisi ona görə ki, respublikamızın rayon və şəhərlərə pənah gətirmiş, ata-baba yurdundan, el-obasından didərgin düşmüş yüz minlərlə Azərbaycan sakini talelərini yerli özünüidarəetmə orqanlarına tapşırmışlar. Yerli özünüidarəetmə orqanlarının başçıları hər bir qaçqın, məcburi köçkün vətəndaşa böyük nəvazişlə, etibar və hörmətlə yanaşmağı öz fəaliyyətinin amalı bilməlidir. Unudulmamalıdır ki, onların hər bir məsləhəti ərazi sakinlərində böyük ümidlər doğurur, hər hansı bir soyuqqanlılıq isə əksinə, onları ruhdan salır, sarsıdır. Təsadüfi deyilmir ki, söz həm yaradır, həm də məlhəm. Bütün məharət onu necə deməkdən asılıdır.

    Demokratik cəhətdən inkişaf etmiş ölkələrin bələdiyyə idarəçilik təcrübəsi göstərir ki, əraziləri idarə etmək prosesində, özünüidarəetmə də formalaşır və təşəkkül tapır. Bələdiyyələrin ərazilərdə fəaliyyəti barədə çoxlu qərarlar və normativ aktlar işlənib hazırlanmışdır. Yəqin ki, təcrübə toplandıqca bu məsələlərə daha çox diqqət yetiriləcək və bələdiyyə ərazilərində özünüidarəetmə qurumları daha geniş fəaliyyət göstərəcəklər. Bir çox ölkələrin təcrübəsi göstərir ki, yerli hakimiyyət orqanlarının strukturu və səlahiyyətləri düzgün müəyyən edilən yerlərdə bələdiyyə mülkiyyətinin dinamik inkişafı uğurla təmin edilir. Ərazi sakinlərinin sosial-iqtisadi problemləri vaxtında həll edilir.

    Qeyd olunanlardan göründüyü kimi bələdiyyə idarəçiliyində elmi-tədqiqat metodlarından, böyük səmərə verən idarəetmə modellərindən bacarıqla istifadə etmək zamanın tələbidir. Bu tələblərə cavab vermək bələdiyyə yerli özünüidarəetmə orqanlarına böyük uğurlar gətirə bilər.

    Bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    Aqro Tərəqqi İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 11.06.15 | Baxılıb: 1092

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031