Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Əxlaq elə bir güzgüdür ki...
     
    Allahın rəsulu (s) Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm buyurmuşdur.


    Əxlaq ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Hər hansı bir cəmiyyətdə əxlaqi şüurla siyasi şüurun qarşılıqlı münasibəti zəruridir. Onların hər ikisi insanların müxtəlif mənəvi tələbatlarına cavab verərək cəmiyyətin sabitliyini özünəməxsus şəkildə qoruyur. Siyasi şüuru adətən əxlaqi şüur istiqamətləndirir. Əxlaqi şüurun əsas anlayışları xeyir və şər olduğu halda, siyasi şüurun əsas anlayışı hakimiyyətdir. Sonuncuya güc tətbiq etmə, məcbur etmə, hədələmə, azadlıqdan məhrum etmə və s. aid olduğu halda, əxlaqi şüur zor işlətməyə nadir hallarda, şərin məhv edilməsinin başqa yolu olmadıqda müraciət edir.
    İmam Əli (ə): Ən yaxşı əxlaqi kəramət güclünün (intiqam almaqdan) güzəştə getməsi və özünün ehtiyacı olan şəxsin bəxşiş verməsidir.
    İmam Sadiq (ə): Allah-taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin. Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik.
    Allah-Təala Qurani-Kərimin Qələm surəsində buyurub: Həqiqətən də, sən böyük əxlaq sahibisən!
    Dinə yalnız inam sistemi kimi deyil, həmçinin mədəniyyət, dünyagörüş, əxlaq və hüquq kimi də yanaşmaq lazımdır. Bütün dinlər insanların həyatını, əxlaqını, məişətini, adət və ənənələrini əks etdirir.
    Ən möhtəşəm və son din olan İslam və onun müqəddəs kitabı Qurani-Kərim bütün bəşəriyyətə Allah tərəfindən göndərilən və vacib buyurulan əvəzedilməz nemətdir. Qurani-Kərim insanların ictimai həyatının bütün sahələrini əhatə edərək istənilən məsələ və problemlərin həlli yollarını göstərir. Burada müxtəlif elmi (elmin bütün sahələrinə astronomiya, okeonologiya, embriologiya, coğrafiya, fizika, kimya, sosiologiya, etika, biologiya, hüquq, tarix və s. aid), tərbiyəvi və digər məsələlər işıqlandırılıb. Bütün bunları ilk dəfədən anlamaq asan olmadığından İslam dini insanların ilk növbədə elmli olması zərurətini yaradır. Onun içindəki ibadət və əxlaq məsələlərində qətiyyən bir azalma və ya artma olmayacaq. Axırıncı nazil olan ayədə deyilir: Bu gün Mən sizin dininizi tamam-kamal etdim və sizə olan nemətimi tamamladım. (Maidə, 5/3).
    Qurani-Kərimdə dini tərbiyə ilə yanaşı, insanların hüquq və əxlaq tərbiyəsi də ön plana çəkilərək, konkret vəziyyətlərdə necə hərəkət etməyin lazım olması məsləhət və ya zəruriyyət kimi göstərilir. Bu baxımdan Quran bütün dövrlər, bütün xalqlar və millətlər üçün dəyişilməz qalan əxlaq kodeksidir. Bu gün olduqca dəbdə olan gender probleminə, ümumiyyətlə qadının həm cəmiyyətdə, həm ailədə mövqeyinə hələ VII əsrdə Quranda münasibət bildirilmiş və bütün məsələlərdə qadının mənafeyi üstün tutulmuşdur. Vərəsəlik, övladgötürmə və s. kimi hüquqi problemlər, insanın həyat yoldaşına, valideynlərinə, övladlarına, qonaqlara, dövlət başçısına və digər insanlara olan münasibəti, hətta geyimi, yerişi ilə əlaqədar bəzi əxlaqi problemlər islami dəyərlərin üstünlüklərini nümayiş etdirir.
    İmam Əli (ə): Gözəl əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə.
    Hər gün azı bir dəfə də olsa, güzgüyə baxırıq. Bu zaman bəzən gördüyümüzdən razı qalır, bəzən olanlarla kifayətlənməyib, gördüyümüz cizgiləri və görünüşü daha da cilalamağa çalışırıq. Amma güzgü təkcə bəzənmək üçün deyil.
    Bəzən güzgü qarşısında dayanıb fikirləşirəm mən kiməm haradan və nə üçün gəlmişəm, vəzifəm nədir.
    Əlini üzünə aparırsan, sanki özünü yox ruhunu sığallayırsan. Bir göylərə baxırsan bir də özünə. Göylərdə və özündə nöqsan axtarıb tapmayanda fikirləşirsən, yavaş-yavaş özünü tanımağa başlayırsan. Kimliyin sənə məlum olur, vəzifən aydınlaşır, güzgüdə özünə bir də baxıb gözlərini bir an yumub açırsan və həqiqəti tapandan sonra özünü danlamağa başlayır və Allahını tapırsan.
    Çoxları bu sualı özlərinə verirlər. Yəqin ki, cavabını da özlərində tapırlar.
    Əyri güzgülər, insanları olduqlarından çox fərqli göstərir. Fiziki vəziyyətlərinin necəliyini bilən insanlar, bu güzgülərə baxdıqları zaman istər-istəməz gülürlər. Çünki hər bir güzgünün qarşısına keçdikləri zaman, özlərini daha uzun, ya da daha qısa, ya kök və ya da ki, olduqlarından daha arıq görürlər. Özünü tanıyan insanların bu fərqli görüntülər qarşısında gülmələri və ya gülümsəmələri təbiidir. Bu güzgülərin arasında insanları güldürməyən yeganə bir güzgü var. Dümdüz olan bu güzgü, insanları olduğu kimi göstərir. İnsanlar bu güzgünün qarşısında ümumiyyətlə gülməzlər.
    Bu güzgünün qarşısında güldükləri zaman öz hallarına gülmüş olacaqlar! Bu güzgünün qarşısında gülmək bir tərəfə, onun ciddiliyini və doğruluğunu bilərək özlərinə çəki-düzən verərlər. Bu, doğru bir güzgü qarşısında, doğru bir hərəkətdir.
    Bəzilərimiz tənqidi sevmir, onlardan qaçır və onları bizə yönləndirəni bizi sevmirmiş kimi düşünürük. Amma, bu belə deyil. İnsan özünü nə qədər sevsə də, özünü nə qədər ağıllı, kamil saysa da tənqidi rədd edirsə bu onun kamilliyinin boş bir şey olduğunu göstərir. Yox, əgər,  tənqidi yönləndirəni doğru başa düşüb, düzəlməyə çalışırsa, bu onu daha da yüksəldir və insan tənqidi qəbul etməkdən çoxlu qazanc əldə edir, nəinki rədd etməkdən.
    Yaşadığımız cəmiyyətdə əli qələm tutan yazarlar insanlar və hadisələr qarşısında bir güzgü rolunu oynayırlar. Necə müsəlman olduqlarını görə bilmək üçün,  bu güzgülərə baxan insanlar, təbii ki, axirət narahatlıqlarından xilas olaraq rahatlanırlar. Bu güzgülərə baxdıqları zaman, nə gözəl müsəlman olduqlarını görür və bu müsəlmanlıqları ilə fəxr edirlər!
    Acgözlərin tutduqları güzgülərə baxanlar özlərini və onları maraqlandıran hadisələri belə güzgülərdə görməyə vərdiş edən və güzgülərdə gördüklərini həqiqət zənn edən bu insanlar, - nadir də olsa, - dümdüz bir ayna ilə qarşılaşdıqları zaman təbii ki, çaşarlar!
    Dümdüz olan bu güzgüdə, böyük adamlar ilə bərabər onlar özləri də eyni boyda görünürlər!
    Böyük, böyük adamları sıravi bir insan kimi göstərən bu güzgü onları qorxutmuşdu. Lakin bu çaşqınlıqları uzun sürməz.
    Özlərini digər güzgülərdə görüb, digər güzgülərdə tanıdıqları üçün, bu güzgüdəki görüntülərin həqiqəti əks etdirmədiyini anlayırlar!
    Artıq rahatlamışdılar.
    Güzgüdəki görüntü onların olmadığına, onları əks etdirmədiyinə görə narahatlıqlarına heç bir ehtiyac yoxdur.
    Bu güzgüdəki görüntülər, başqalarına aiddir!
    Bir-birlərini dürtmələyərək və güzgüdəki görüntüləri göstərərək gülməyə başlayarlar. Hadisələri və insanları heç adət etmədikləri bir şəkildə göstərən bu güzgü, onların xoşuna gəlir. Gülməyə, təkrar-təkrar gülməyə davam edərlər.
    Təbii ki, öz hallarına deyil, başqasının halına, təbii ki, özlərinə deyil, başqalarına güldüklərini zənn edərlər!
    Lakin onları güldürən güzgü, onları olduğu kimi göstərən dümdüz bir güzgüdür!
    Dini mövzuda din də, həqiqət də bir olduğu halda təəssüf ki, hər kəsin bir dini və hər kəsin özünə xas həqiqətləri vardır. Qurani-Kərimin ifadəsinə görə: Həqq din İslamdır. Biz həm din haqda, həm özümüz və həm də dünya haqda əsl həqiqətləri Allahın nazil etdiyi kitabından öyrənirik.
    Bütün bəşəriyyət üçün ən ideal həqiqət və yol bu kitabdadır.
    Quran, İslamın özünü, bir insanın həqiqi üzünü göstərən bir güzgüdür! Başqa aynalar, kristallar insanları yanılda bilir
    Şeyx Nizaminin dediyi kimi: Əgər həqqi batildən ayırmaq istəyirsənsə, əvvəlcə həqqi öyrən! Sonra batil özü sənə məlum olacaq!
    Özünü sevmək və bununla yanaşı sadə olaraq qalmaq. Tənqidi qəbul etmək, məsləhətlərə qulaq asmaq və sonra isə bu barədə yaxşıca düşünərək qərar qəbul etmək. Məncə belə olsa heç də uduzmarıq.
    Elm və əxlaq ilk baxışdan ictimai şüurun müxtəlif formaları olsa da, onlar müəyyən mənada bir-birini tamamlayır. Elmin nəzəri təfəkkürə əsaslanmasını, əxlaqın isə gündəlik ailə-məişət problemləri ilə əlaqədar olmasına baxmayaraq, onlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər.
    İnsanın öz fəaliyyətində əxlaq prinsiplərini rəhbər tutması əxlaqın elmə, əxlaq prinsiplərinin elmi cəhətdən əsaslandırılması imkanı isə elmin əxlaqa göstərdiyi müsbət təsirlə bağlıdır.
    Əziz oxucu fikrimi İmam Sadiq (ə) sözləri ilə tamamlamaq yerinə düşərdi.
    Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər.

    Hacı 
    Həsrət Xanbabaoğlu

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 12.05.16 | Baxılıb: 623

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031