Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Qəbir ziyarəti Quranda qadağan edilibmi?
    Qurani-Kərimdə qəbir ziyarətini birbaşa qadağan edən və ya icazəli bilən, onun şərtlərini və qaydalarını açıqlayan ayə mövcud deyil. Müqəddəs kitabın bəzi ayələrindən çıxarılan nəticələr və təfsirlərdə verilmiş şərhlər bu məsələlərə aydınlıq gətirir.


    Qəbir ziyarətini haram bilən radikal cərəyanların öz fikirlərinə sübut kimi gətirdikləri ayələrdən birini diqqətinizə təqdim edirik:
    Allah-Təala öz Peyğəmbərinə münafiqlərin cənazəsinə namaz qılmağı və onların qəbri üzərində durmağı qadağan edir: Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər (Tövbə, 84).
    Təfsirlərdən məlum olur ki, bu ayə Mədinə münafiqlərinin başçısı Abdullah übn Übeyy ibn Səlul haqqında nazil olmuşdur. O zamana kimi Peyğəmbərimiz möminli-münafiqli müsəlman cəmiyyətinin bütün üzvlərinin cənazəsinə namaz qılar, dəfnində iştirak edərdi. Abdullah ibn Übeyy vəfat edərkən bu ayə nazil olur və Allah tərəfindən Peyğəmbərimizə bundan sonra münafiqlərin dəfninə qatılmamaq və onlara cənazə namazı qılmamaq əmr edilir.
    Ayədəki əbəda kəlməsinə xüsusi diqqət yetirmək lazımdır. Əbəda kəlməsi qadağanın yalnız bir dəfə ilə məhdudlaşmadığını, hər zamana aid olduğunu göstərir. Əbəda kəlməsinin mənası budur ki, münafiqlərin qəbri üzərində heç zaman durmaq olmaz; istər dəfn zamanı, istərsə də dəfndən sonra. (Əgər yalnız dəfn nəzərdə tutulsaydı, əbəda kəlməsi işlənməzdi).
    Elə isə, münafiq olmayan şəxslərin məzarına münasibətdə bu qadağan öz qüvvəsini itirmiş olur. Başqa sözlə desək, ayə yalnız münafiqlərin cənazəsinə namaz qılmağı və qəbirləri üzərində durmağı qadağan edir, mömin ölülər üçün belə bir qadağan yoxdur. Həm də ayədə iki əməldən yanaşı danışılır: cənazəyə namaz qılmaq və qəbri üzərində durmaq. Məlumdur ki, cənazəyə namaz qılmaq nəinki caiz, hətta vacibdir və dəfnin səhih olması şərtlərindəndir. Əgər belədirsə, məzar üstə durmaq da (yəni məzarı ziyarət etmək də) caizdir.
    Bir çox təfsir alimləri ayədəki qəbrinin başında durma ifadəsini konkret olaraq ziyarət mənasında şərh etmiş və öz təfsirlərində bunu qəti surətdə təsbit etmişlər. Bu sırada məşhur tarixçi Qazi Beyzavinin təfsiri xüsusi yer tutur. Qazi Beyzavi qəbrinin başında durma ifadəsini qeyd etdikdən sonra açıqlama verir: Qəbrinin yanında dəfn və ziyarət üçün durma (III cild, səh. 92). Təfsirül-Cəlaleyndə ayəyə izahedici qeyd olaraq dəfn və ziyarət üçün ifadəsi işlədilib. İsmail Həqqi Əfəndi Ruhül-bəyan təfsirində dəfn yaxud ziyarət və dua üçün qəbrinin yanında durma şərhini verib (III cild, səh. 478). Ruhül-məani təfsirinin müəllifi Alusi isə məsələyə daha da geniş izah gətirib: Bəzilərinin sözündən anlaşılır ki, buradakı əla (üzərində) sözü ində (yanında) mənasındadır. Məqsəd budur ki, qəbrinin yanında dəfn və ziyarət üçün durma (X cild, səh. 155).
    Radikal düşüncəli bəzi şəxslər Təkasür surəsindəki hətta zürtümül-məqabir (Ta ki, qəbirləri ziyarət etdiniz; Təkasür, 2) ifadəsini də qəbir ziyarəti mövzusuna aid edir və bununla da qəbir ziyarətinin haram olduğunu əsaslandırmağa çalışırlar. Halbuki, həm bu ayədən əvvəlki və sonrakı ayələrin kontekstindən, həm də müxtəlif təfsirlərdən aydın olur ki, burada qətiyyən qəbir ziyarətindən söhbət getmir. Ayə öz mal-dövlətinə məğrur olub zülm edən insanların ölüb qəbrə gedəcəklərindən danışır və onları axirətlə qorxudur. Ayəni qəbir ziyarətinin haramlığı mənasında təfsir etmək ən azı Quran ruhundan xəbərsiz olmağın göstəricisidir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 12.05.16 | Baxılıb: 611

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031