Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?

    Azərbaycan hüquqi dövlətdir. Milli və dini qruplar da daxil ölkə ərazisində yaşayan Azərbaycan vətəndaşları eyni hüquqlara malikdirlər. Ölkə qanunvericiliyi Azərbaycanda heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərini və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə etmək imkanı vermir. Təbii ki, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qruplar cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır.

    1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı ölkənin bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.
    Konstitusiyanın 21-ci maddəsinin II hissəsinə (Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir) uyğun olaraq, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun bir sıra müddəalarında dövlət dilinin tətbiqi və istifadəsi ilə yanaşı, həmçinin, digər dillərdən də istifadə olunması müəyyən edilmişdir. Qanunun 5.2-ci maddəsinə əsasən, Azərbaycanda başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.  

    Konstitusiyanın 25-ci maddəsinin III bəndinə görə, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

    Konstitusiyanın 44-cü maddəsinə əsasən, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Eyni zamanda, Əsas Qanunun 45-ci maddəsində deyilir ki, "Hər kəsin ana dilindən istifadə etmək hüququ, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz".

    "Mədəniyyət haqqında" Qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir.  

    Azərbaycan Respublikasında mülki, cinayət, inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud, müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahat, şikayət və ya vəsatət vermək hüququna, habelə, Cinayət-Prosessual, İnzibati Xətalar və Mülki-Prosessual Məcəllələri ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququna malikdirlər.

    "Azərbaycan Respublikasının  vətəndaşlığı  haqqında" Qanunun 3-cü maddəsinə görə, "Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı  olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən,  dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir".

    Azərbaycan Respublikasının cinayət qanunvericiliyi milli zəmində törədilə biləcək cinayətlərə görə məsuliyyət müəyyən etmişdir. Cinayət Məcəlləsinin 103-cü maddəsi Soyqırımı cinayətinə görə məsuliyyət növünü müəyyən edir. Eyni zamanda, bu maddəyə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Cinayət Məcəlləsinin 154-cü maddəsi insan və vətəndaşların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququnu pozmağa görə məsuliyyət müəyyən edir. Bu maddəyə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma - minimum əmək haqqı məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

    Cinayət-Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir. Bu Məcəllənin 26-cı maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrində cinayət-mühakimə icraatı dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

    Mülki-Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.

    İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsi hamının qanun qarşısında bərabərliyi prinsipini təsbit edir. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar.

    Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.

    İnsan və vətəndaş hüquq və azadlıqlarının irqi, milli, dini və digər əsaslara görə məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi Konstitusiya ilə yanaşı, Cinayət, Cinayət-Prosessual, Mülki-Prosessual, Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilmişdir. Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərin, o cümlədən də milli azlıqların nümayəndələrinin əmək, məşğulluq və sosial hüquqlarının qorunmasına dövlət nəzarəti bu sahəyə aid olan normativ-hüquqi aktların tələblərinə uyğun həyata keçirilir.

    Eyni zamanda, "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun 10-cu maddəsinə əsasən, milli, irqi, sosial ədavəti, yaxud, dözülməzliyi təbliğ etmək məqsədilə KİV-dən istifadəyə yol verilmir. 

    "İctimai televiziya və radio yayımı haqqında" Qanunun 7.0.7-ci maddəsinə uyğun olaraq, dini və irqi ayrı-seçkiliyi təbliğ edəm proqramların yayımlanmaması ictimai yayımçının vəzifəsi kimi müəyyən olunmuşdur. 

    Seçki Məcəlləsinin 3-cü maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və qanunla nəzərdə tutulmuş digər əsaslardan asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutunun yaranmasını (2001-ci il) zamanın diqtəsi kimi dəyərləndirmək olar. Azərbaycanın çoxmillətli bir dövlət olması, burada çoxlu sayda etnik qrupların, milli azlıqların yaşaması bu zərurəti tarixi reallığa çervirdi. Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarına əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, ölkə ərazisində yaşayan hər kəsin Ombudsmana müraciət etmək hüququ vardır. Qanunun 8.1-ci maddəsində qeyd edilir ki, Ombudsman Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayanların, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

    Daxili  qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, aparteidin qarşısının alınması və onun cəzalandırılması, genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur. 

    Tarixən, sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Azərbaycanda etnoslararası ənənəvi dostluq münasibətləri, qarşılıqlı mədəni-mənəvi zənginləşmə, vahid vətənçilik təfəkkürü ətrafında inteqrasiya zaman-zaman Azərbaycanda unikal etno-mədəni və etno-siyasi münasibətlər sistemini, etnik-dini müxtəlifliyə və zəngin milli-mənəvi dəyərlərə malik vahid bir cəmiyyət tipini, mükəmməl dözümlülük mühitini formalaşdırmışdır.


    Bu məqalə Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi layihəsi çərçivəsində hazırlanıb. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 13.05.16 | Baxılıb: 646

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031