Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi

    Milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın rolu həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır. Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar estafeti öz əllərinə almalı olurlar.

    Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə, zər kərəmlə vaxtında birləşməyəndə bütün ağırlıq təkcə qələm və kərəmin, yaradıcı ziyalılar və kərəm əhlinin üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə, dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur.


    Milli dövlət isə bununla səciyyələnir ki, kimlərinsə milli dəyərləri öz qanı bahasına qoruyub-saxlamasına ehtiyac qalmır. Çünki o, ellikcə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və inkişaf etdirilir. Yəni dövlətçiliklə millilik birləşmiş olur.


    Dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və mentalitetlə bağlıdır. Dövlətçilik düşüncənin alt qatında, təhtəl şüurda, psixologiyada təzahür edir. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyəti, dövlət isə onun hansı isə konkret formada reallaşdırılması vasitəsidir.


    Məsələ burasındadır ki, konkret bir hadisə kimi dövlət olmadıqda belə, dövlətçilik yaşaya bilər. Dövlətçilik ənənəsinin saxlanması isə milli dövlətin nə vaxtsa yenidən qurulacağına təminat verir. Ən pisi odur ki, dövlətçilik ənənəsi və dövlətçilik hissiyatı olmasın. Bu halda hətta dövlət aparatı qurulsa da, o, milli dövlət olmayacaq, milli iradənin ictimai-siyasi özünütəsdiqi olmayacaq, xalqın, millətin mənafeyinə xidmət etməyəcəkdir.


    Dövlətçilik ənənələrinin yaranması nə deməkdir və hansı göstəricilərlə şərtlənir? Bu, ilk növbədə əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs ancaq öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə və bütövlükdə xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafeyə biganədirsə, deməli, burada dövlətçlik ənənələri yoxdur. Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin.[1] Dövlətçilik ümummilli iqtisadi mənafe duyğusu tələb edir. Dövlətçilik mənəviyyatda fərdi miqyasdan, ailə miqyasından, tayfa miqyasından, zona, region miqyasından kənara çıxaraq bütöv vətən duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Öz dövlət simvollarına hörmət və sevgi bəslənməsini, öz dövlətinin nailiyyətlərinə görə iftixar hissi keçirilməsini, dövlətin uğursuzluqlarını isə şəxsi faciə kimi yaşamaq səriştəsi tələb edir. Bu səviyyədə milli anlamının etnik-millidən fərqli yeni mənası, siyasi aspekti, dövlətlə adekvatlığı ortaya çıxır. 


    Milli dövlət qurulması və dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir. Bu xidmət milli-tarixi prosesin kəsilməzliyini təmin edilməsi baxımından ziyalı məramının siyasi müstəviyə keçirilməsi deməkdir. Belə ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənənələri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv, sağlam bir orqanizm kimi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa etmək təkcə ziyalılığın deyil, həm də siyasətin ən ali amalı olmalıdır.


    Millətini sevən, millətə həqiqətən xidmət göstərmək istəyən insanlar öz ixtisasları üzrə, dərindən bildikləri sahələrdə ümumi milli tərəqqi işinə fayda gətirməklə yanaşı, cəmiyyətdəki proseslərə də öz münasibətlərini bildirməyə çalışırlar. Təəssüf ki, bu yeni rolda onların bir çoxu artıq peşəkar mütəxəssis olmadıqlarını unudurlar. Ona görə də, bir sahədə qazanılmış nüfuzun başqa bir səmtə yönəldilməsi məsələsində çox ehtiyatlı olmaq lazımdır. Təsadüfi deyildir ki, inkişaf etmiş Qərb ölkələrinin üstünlüklərindən biri burada hər kəsin məhz öz işi ilə məşğul olmasıdır. Bu işlərin ümumi mənafe məcrasına yönəldilməsi də peşəkar səviyyədə həyata keçirilir. Buna nail olmaq üçün isə həmin ölkələr böyük demokratik inkişaf yolu keçiblər. Həm də bu inkişaf xaos yox, stabilləşmə şəraitində həyata keçirilib. Belə stabil cəmiyyətdə, hər kəs öz bildiyi işlə məşğul olduqda, peşəkarlıq ön plana keçdikdə ziyalı olmaq, ziyalı olaraq qalmaq, ümummilli mənafeyə xidmət etmək çətin olmur. Cəmiyyət özü hər kəsin kiçik də olsa ziyalı potensialının reallaşdırılmasına imkan yaradır. Demək olar ki, hamı ümumictimai tərəqqi prosesinin iştirakçılarına çevrilir. Tərəqqiyə qarşı çıxanlar, milli mənafeyə ziyan gətirənlər isə bir qrup tüfeylilər, cinayətkar ünsürlərdir. (Yaxşı cəmiyyət o cəmiyyətdir ki, burada hər kəs öz müsbət əmsalı ilə ümumi işə daxil olur). Bizim də məqsədimiz məhz belə bir cəmiyyət yaratmaqdır. Lakin biz hələ keçid dövründəyik.


    Keçid mərhələsində olan cəmiyyətin bir ciddi problemi də budur ki, ümummilli tərəqqinin əsas istiqamətləri hamı tərəfindən kifayət dərəcədə dərk edilmədiyindən, peşəkarlıq çox vaxt arxa plana keçdiyindən, fikir plüralizmini fikir xaosu əvəz etdiyindən, söz fikirdən, ideyadan ayrılıb müstəqil amilə çevrildiyindən, habelə yeni ictimai təbəqələr hələ kifayət dərəcədə formalaşmadığından və sosial-iqtisadi ukladların spektri həddindən çox rəngarəng olduğundan tərəqqi yolunu tənəzzül yolundan seçib ayırmaq da çətin olur. Cəmiyyət ifrat dərəcədə siyasiləşir, peşəkar siyasətçilərlə yanaşı öz ixtisası üzrə uğur qazana bilməyən müxtəlif peşə sahibləri də siyasətə qurşanır və siyasət aləmində diletantlardan ibarət olduqca müxtəlif qruplaşmalar ortaya çıxır.


    Müstəqillik illərində Azərbaycan keçid dövrünün bir sıra uğurları və təbəddülatları ilə yanaşı siyasiləşmə meyllərinin ifrat güclənməsi ilə də səciyyələndirilə bilər. Elə bil ki, sovet imperiyası dövründə siyasətdən uzaqlaşdırılmış və azad fikirdən məhrum edilmiş xalq belə bir şans qazanan kimi bu istiqamətdəki boşluğu böyük ehtirasla doldurmağa çalışır.


    Lakin bizim müstəqillikdən gözlədiyimiz yalnız söz azadlığı və siyasi aludəçilik deyildi. Müstəqillik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir qüvvənin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümum-milli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial, təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə edə bilsin.


    Lakin kütləvi siyasiləşmə və ifrat siyasi qarşıdurmalar təbii ki, qüvvələrin vahid amal uğrunda səfərbər edilməsinə, ümummilli tərəqqiyə xidmət etmir. Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəldilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün vasitələrdən biri idi. Lakin biz hələ də böyük dövlətlərin qeostrateji planlarından doğan siyasi burulğandan çıxa bilmirik.


    Bax, belə bir şəraitdə siyasi təbəddülatlara uymadan ümummilli tərəqqi naminə fəaliyyətlərin davam etdirilməsinə böyük ehtiyac vardır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiyasının yaratdığı labirintlərdən məharətlə keçərək, milli mədəniyyətin tərəqqisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfəkkürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərən ziyalılarımız, bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir konyukturaya uymadan bəşəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təbliğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər.


    Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfəkkür öz ehtiyaclarına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiyyatın və klassik mədəni-mənəvi dəyərlərin ön plana çəkilməsi heç də müqavimətsiz qarşılanmır. Lakin, bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uyğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi düşüncənin özünü ümumbəşəri və milli dəyərlərin prioritetliyi kontekstinə yönəltmək cəhdləri daha əhəmiyyətlidir. Əsl böyük vətənpərvərlik də elmi və ya bədii yaradıcılığın və şəxsi nüfuzun məhz dövlətçiliyin möhkəmləndirilməsinə yönəldilməsini tələb edir.


    Bu məqalə Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər layihəsi çərçivəsində hazırlanıb.  

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 17.05.16 | Baxılıb: 831

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031