Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    İslamda elmə baxış
    İslam dinində ən üstün əməllərdən biri elm öyrənməkdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: Elm arxasınca gedən hər bir kəs atdığı hər bir addımda Allah-Təala tərəfindən Bədr müharibəsində şəhid olanlar qədər savaba layiq görülər və elm əldə etmək niyyətində olanlar Uca Yaradanın sevimli bəndələrindəndir. (Məhəmməd əl-Buxari, Mənakibu-Ənsar). Uca Allah Qurani-Kərimdə ilk sözünü oxumaq ifadəsi ilə başlamışdır. 
    Çünki elm insanların səadət və kamala çatma yolunu müəyyənləşdirir. Elm vasitəsilə insanlar öz gələcəklərini istədiyi formada inşa etmək imkanı əldə edir. Məhəmməd peyğəmbər (s) öz ümmətini davamlı olaraq elm öyrənməyə təşviq etmişdir. Məlum olduğu kimi o, Bədr müharibəsindən sonra Mədinə xalqından on adama savad öyrədən hər əsirin heç bir fidyə almadan azadlığa buraxılmasını əmr etmişdir. Bu qərar Allah rəsulunun elm və savad öyrənməyə verdiyi önəmi əks etdirmişdir. 
    Peyğəmbərimiz (s) bütün elmlərə xüsusi maraq göstərmişdir. Məşhur "Elmi öyrənin, hətta əgər Çində olsa belə" ( Əbu Həmid Qəzali, İhyayi-Ülumiddin) hədisi də İslamın elmə olan hörmətinin göstəricisidir. İslamda elmin bu cür əhəmiyyətli olması müsəlmanları misilsiz bir təkan və böyük bir səy ilə dünyanın hər yerində elmə istiqamətləndirmişdir. Müsəlmanlar harada elmi bir kitab və ya əsərlə tanış olsa, dərhal tərcümə etməyə çalışmışlar. Beləliklə, Yunan, İran, Roma, Misir, Hind və digər mədəniyyətlərlə körpülər qurulmuşdur. Müsəlmanlar, həmçinin bəşəriyyət tarixinin ən möhtəşəm sivilizasiya və mədəniyyəti olan İslam sivilizasiya və mədəniyyətini yaratmışlar. 
    Müsəlmanlar üçün elm və din bir-birindən ayrı deyildir. Elm hər zaman din ilə vəhdət təşkil etmişdir. Orta əsr müsəlman intibahı dövründə fizika, astronomiya, geologiya, tibb, riyaziyyat və digər elmlər müsəlmanlara aid elm ocaqlarında tədris edilmişdir. Həmin dövrdə dini və elmi mərkəzlərdə böyük kitabxanalar yaradılmış, elm və din bir-birini tamamlayaraq inkişaf etmişdir. İstər dini mətnlərdən, istər tarixi mənbələrdən məlum olur ki, İslam dini heç vaxt elmlə ziddiyyət təşkil etməmiş, əksinə yarandığı andan etibarən insanlara elm öyrənməyi buyurmuşdur: Həqiqi hakim olan Allah (hər şeydən ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: Ey Rəbbim! Mənim elmimi artır!-de (Taha, 114).
    İslam dinində elm xüsusi çəkiyə malikdir və dini dəyərlərin qorunub saxlanılmasında mühüm ünsür kimi çıxış edir. Dinimizdə müxtəlif elmlərlə maraqlanmaq, öyrənmək baxımından hər hansı bir məhdudiyyət yoxdur. Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: Elm say etibarilə bizim düşündüyümüzdən daha çoxdur. Bunun üçün də hər elmin ən yaxşı tərəflərini öyrənməyə çalışın. (İmam Nəməvi, Riyazus-Salihin). Dinimizdə elm öyrənmək hər hansı xüsusi sahə ilə məhdudlaşmır və insanlar üçün faydalı olan hər elmin öyrənilməsi zəruridir. Əslində müsəlmanlara görə bir insanın elmi artdıqca, o  Allaha mənəvi cəhətdən daha çox yaxınlaşır, əxlaqi-mənəvi keyfiyyətləri də bir o qədər inkişaf edir. Çünki İslam düşüncəsində elm və din tam harmoniya içərisindədir. Dinimizdə xüsusilə insanlara fayda gətirəcək elmlərlə məşğul olmağın vacibliyi vurğulanır. Faydalı elmdə əsas məqsəd insanlara xidmət etmək və cəmiyyətin bir çox sferalarında onların tərəqqisinə səbəb olacaq addımlar atmaqdan ibarətdir. Qurani-Kərimdə elm və alimin üstünlüyünə, yüksək mövqeyinə təkid edilərək belə buyurulmuşdur: Ey iman gətirənlər! Sizə "Məclislərdə (mömin qardaşlarınıza) yer verin !" deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: Qalxın! deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənləri və (xüsusilə) elm bəxş edilmiş kimsələri dərəcələrlə ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır! (Mücadələ, 11). Ayədə mütləq olaraq və hər hansı bir sərhəd təyin olunmadan istifadə edilən dərəcə ifadəsi Allah qarşısında yüksəlmə mənasında işlənmişdir. Bu ayənin təfsirində tanınmış  səhabələrdən olan Əbuzər Məhəmməd peyğəmbərdən (s) belə nəql etmişdir: Ey Əbu Zər, Allah, mələklər və peyğəmbərlər elm eşqində olan insanları sevər və elm insanları səadətə çatdırar. Qiyamət günündə elmli insanlar xoşbəxtlik tapacaq və elmin qapısını açmaq niyyətində olan müsəlmanlar atdığı hər addım üçün Bədr şəhidlərinin qazandığı savab qədər ucalar  və elm niyyətində olan kəslər Allahın sevdiyi bəndələrindəndir. Belə insanlara cənnət nəsib olar və və Kövsər hovuzundan su içmək, cənnət meyvələrindən yemək və cənnətdə Xızır həzrətlərinə yoldaşlıq etmək üzrə bu dünyadan köç edərlər. Peyğəmbərimiz (s) digər bir hədisində belə buyurur: Alimlər və ibadət əhli qiyamət günü yığışanda, ibadət əhlinə cənnətə daxil ol və ibadətindən faydalan əmri verilər. Alimə isə burada qal və kiminlə bağlı şəfaət arzulayırsansa dua et, çünki sənin şəfaətin qəbul edilər. Həmin vaxt alimlər peyğəmbərlərin ətrafında toplaşar və öz yaxınları üçün şəfaət diləyər. Belə ki, qiyamət günündə üç təbəqə insan Allah-Təaladan şəfaət arzulaya bilər: Peyğəmbərlər, alimlər və şəhidlər (İbn Abdil Camiul Bəyan).
    Məhəmməd Peyğəmbərin (s) hədislərində elm öyrənməyin hər bir müsəlman üçün vacib olmasının dəfələrlə buyurulması İslamın elmə verdiyi dəyərin və cəhalətlə mübarizəsinin ifadəsidir. Peyğəmbərimiz (s) buyurmuşdur: Allah-Təala daha çox elm öyrənən insanları bəyənər. (Deyləmi, Şihabul-Ahpar)  Bu ifadə özlüyündə İslamın elm üçün heç bir sərhəd müəyyənləşdirmədiyini, elmin sonunun olmadığını göstərir. Bu baxımdan  nə qədər  çox elm öyrənilərsə, Allah qatında o qədər savab yazılar. Şübhəsiz ki, bu yolda daha çox əmək sərf edən insanlar daha çox sevilən bəndəyə çevrilir. İslam alimi Təbatəbai Zumər  Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi ?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar! ifadəsini təfsir edərək, elmin insanı kamala çatdırdığını və həqiqi mənada faydalı olduğunu vurğulayaraq mal və sərvət kimi  məfhumların elmli insan üçün arxa plana keçdiyini bildirmişdir. Elmin insanın mənəviyyatına təsir göstərməsi onun Allaha yaxınlaşması istiqamətində önəmli ünsür kimi üzə çıxır. Bu baxımdan mömin bəndələr iki qrupa ayrılır: Alim möminlər və alim olmayan möminlər. Birinci qrup ikinci ilə müqayisədə daha üstündür. Qurani-Kərimdə buyurulur: (Ya Peyğəmbər! Qurani-Kərim bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!. O, insanı laxtalanmış qandan yaratdı!. (Ya Peyğəmbər) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki,) insana bilmədiklərini öyrətdi (Ələq, 1-5). Bu ayələrdə insan varlığının ən aşağı və ən yüksək mərtəbəsi bəyan edilmişdir. İnsanın ən ali mərtəbəsi alimlikdir. Çünki uca Allahın kəramətini tam olaraq dərk etmək üçün yaradıcı qüvvə tərəfindən bizə  zəruri olan bütün keyfiyyətlər verilmişdir və insanın kamala çatma yolu elmə doğru hərəkət etməsindən keçir.
    Elmlə bağlı bütün hədislərdə fərq qoyulmadan istər qadınların, istərsə də kişilərin kamilləşməsinin vacibliyi vurğulanmışdır. Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: Elm öyrənmək hər bir müsəlman kişiyə və qadına vacibdir. (İbn Macə, Müqəddimə). Başda İslam dini olmaqla bütün səmavi dinlərdə elm öyrənmək müəyyən cins və ya qrupa aid edilməmişdir və ümumi şəkildə hər bir insanın elm yolunda irəliləməsi və cəhalətdən uzaqlaşması labüddür. Qurani-Kərimin bir çox ayəsində insanlar elm öyrənməyə və dünya sirlərini kəşf etməyə dəvət edilir. Çünki məhz elm sayəsində insanların gözü qarşısında mərifət və əxlaqla bağlı yeni üfüqlər açılır. Bu çağırış xüsusilə VII əsr Ərəbistan yarımadasında cəhalət buludlarının bürüdüyü və insanların dərin qəflət içində yaşadığı bir zamanda baş vermişdir. Həmin dövrdə İslam peyğəmbərinin əsas məqsədi və missiyası insanları cahillikdən xilas etmək olmuşdur. Məhz Həzrət Məhəmmədin (s) İslami dəyərləri təbliğ etməsi və yayması nəticəsində elmin formalaşması və inkişafı prosesi baş vermişdir. Bu isə öz növbəsində, İslam torpaqlarında bir çox alimlərin yetişməsinə və elmi nailiyyətlərə səbəb olmuşdur. 
    Orta əsrlər dövründə müsəlman dünyasında İslam intibahı baş vermiş və bir çox alimlər bu dövrdə yaşayıb yaratmışlar. Bu alimlər sırasına Əbu Reyhan Əl-Biruni, Əl-Xarəzmi, İbn Xaldun, Ömər Xəyyam, Nəsirəddin Tusi və digərlərini misal göstərə bilərik. Bu alimlərin kəşfləri və elmi nailiyyətləri fəlsəfədən riyaziyyata, riyaziyyatdan təbabətə, tibbdən hüquqa, hüquqdan astronomiyaya, astronomiyadan sosiologiyaya qədər müxtəlif elm sahələrini əhatə etmişdir. 
    Sonda qeyd edək ki, İslamın bizə gətirdiyi elmi-əxlaqi keyfiyyətləri qorumaq və gələcək nəsillərə ötürmək vacib faktordur. Hər bir müsəlman işıqlı gələcək naminə İslam dinində beşikdən məzara qədər öyrən ifadəsinə uyğun olaraq daha çox savadlanmağa və elmli olmağa, cəmiyyət üçün nümunəvi insana çevrilməyə çalışmalıdır.
     
    Tamerlan Əhmədli
    DQİDK-nın əməkdaşı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 13.11.16 | Baxılıb: 658

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031