Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Qurban ibadətinin fəlsəfəsi

    Namaz möminin Allaha təqdim etdiyi bir qurbandır
                                                          Hz. Peyğəmbər (s)

    Dünya müsəlmanları arasında geniş şəkildə qeyd olunan, iki böyük bayramdan biri də, Qurban bayramıdır. Əsrlərdir ki, müsəlmanlar bu ibadəti müqəddəs bilib icra etmişlər. Müsəlman aləminin bir parçası sayılan doğma Vətənimiz müstəqillik əldə etdikdən sonra yenidən milli-mənəvi dəyərlərimizə qayıdış bu bayramın dövlət səviyyəsində keçirilməsinə səbəb oldu. Artıq 24 ildir ki, milli-mənəvi dəyərlərimizə sevgimizi və sadiqliyimizi açıq ifadə edə bilirik. Bu il Azərbaycan Respublikası ərazisində Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabineti 12-13 sentyabr tarixlərini Qurban bayramı ilə əlaqədar qeyri iş günü kimi hesablamışdır.
    Zilhiccə ayının ilk günlərindən etibarən islam ümməti arasında qeyd olunan bu bayram əsasən həcc əməllərinin yerinə yetirilməsi kimi ifadə olunur. Həcc ziyarəti hər bir müsəlmana müəyyən şərtlər daxilində ömründə bir dəfə vacib olan bir ibadətdir. Bu ibadət islam ümmətinin bərabərliyinə xidmət edir. Bu ərəfədə dünyanın hər bir yerindən gələn müsəlmanlar bir-birini məlumatlandırır və həmrəy olmalarını bir daha nümayiş etdirməlidirlər. 
    Həcc ziyarətinin daxilində ibadət ayinləriylə yanaşı bir çox hikmət və məqsədlər də vardır. Bu məqsədlərin hər biri tövhid prinsipi altında birləşir. Necə ki, Allah-təala Quranda Həcc surəsinin 37-ci ayəsində buyurur: Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
    Allaha qurbanvermə hadisəsi İbrahim əleyhissəlamdan qabaq baş vermiş və bu hadisə Maidə surəsinin 27-ci ayəsində bu cür (Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı...... xatırlanır. Qurban bayramı peyğəmbərlər atası sayılan Həzrəti İbrahim əleyhissəlamın adı ilə bağlı olmaqla ondan sonra ümmətə vacib olmuş və bu gün də davam etməkdədir. Necə ki, peyğəmbərimiz Məhəmməd əleyhissəlam bu haqda buyurur: Qurban kəsin! Çünki qurban kəsmək əcdadınız İbrahim əleyhissəlamın sünnəsidir. 
    Həzrəti İbrahim və İsmail arasında baş verən hadisə əslində Allahın insanlara olan rəhmətinin bir təzahürüdür. Çünki tarixdə zaman-zaman Tanrıya qurbanvermə adətləri mövcud olmuş və bu hadisədən sonra isə qurbanın kimə və necə verildiyi bir daha təsdiq olunmuşdur. Əlbəttə ki, bu hadisə barəsində Qurani-Kərimdə açıq-aşkar xəbər verilmiş və təfsir alimləri bu haqda geniş şərhlər vermişlər. Ümumi nəticə isə kamillik zirvəsinin fəthində-Allaha gedən bir yolda ən yaxşı rabitənin təqva olması göstərilmişdir. 

    İbrahim və İsmail əleyhissəlamın yaşadığı olay Qurani-Kərimdə belə zikr olunur: (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et! Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O dedi: Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən! Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman. Biz ona belə xitab etdik: Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.  (Onu belə yad edirlər: ) İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! (Saffat surəsi 100-111)
    Azərbaycanlı islam alimi Mirməhəmməd Kərim Bakuvi (Mirməhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi) (1853-1938) Kəşfül-həqayiq əsərində bu ayələrin şərhində yazır: Cənab İbrahim Şamda yerləşəndən sonra dua edib Allah-Təaladan övlad istəmiş və Ey mənim rəbbim, mənə salehlərdən olan bir övlad ver. deyə dua etmişdi. Allah bu müstəcəb duanın müqabilində onu İsmayıl ilə müjdələmişdir. İsmayıl yetkin yaşına çatdıqda, cənab İbrahim Məkkədə olan zaman yuxu görmüş və yuxuda  oğlu İsmayılın boğazının kəsilməsi (qurban etmə ilə) ona təlqin olunmuşdur. İsmayıl bu xəbəri eşitdikdə təmkin göstərib atasının ona dediyi-Allahın əmrinə tabe olub razılığını bildirmişdir. Allah imtahandan uğurla çıxan peyğəmbərini İbrahimə salam olsun!, - deyə mükafatlandırmışdır.
    Qurban sözü ərəbcədən dilimizə yaxın olmaq, məşvərət edilən mənalarını verməklə yanaşı, eyni kökdən törəmiş isim kimi götürdükdə insanı Allaha yaxınlaşdıran səbəb, vəsilə anlamına gəlir. Qurban adət-ənənəmizdə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana deyilsə də, əsl mənası Allaha yaxın olmaq üçün nəzərdə tutulan hər hansı bir şey deməkdir. İslam ədəbiyyatında isə qurban Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı qayda-qanuna uyğun kəsmək deməkdir. Yəni xırdabuynuzlu, iribuynuzlu və ya dəvəni Qurban bayramının ilk üç günündə Allaha ibadət etmək niyyət ilə qaydalara uyğun kəsməkdir.
    İslam hüququna görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Belə ki, Qurani-Kərimin Həcc surəsində qurbanlığın ənam adlanan ev heyvanlarından olması şərt sayılıb. Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, Qurban bayramı günü mütləq heyvan kəsmək lazımdır düşüncəsi ilə adı çəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban sayılmaz. 

    Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolunda qurban kəsmək icazəli deyildir. Qurbanlıq heyvanın erkək və ya dişi olması vacib deyildir. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır. Bunlar cəfəri fiqhinə aid olan hökmlərdir. Əhli-sünnə məzhəbinə görə, qoyun və keçinin bir yaşına dolması şərtdir. Amma əgər bir yaşından kiçik olan quzu ölçülərinə görə bir yaşlı qoyun kimi görünərsə, kəsilməsinə icazə verilir. Əhli-sünnəyə görə. inəyin ən azı 2, dəvənin ən azı 5 yaşı tamam olmalıdır.
    Qurbanlıq heyvan kəsildikdən sonra ətinin bölüşdürülməsi haqqında İbn Abbas Hz. Peyğəmbərin qurbanı haqqında, O, üçdə birini ailə fərdlərinə yedirər, üçdə birini yoxsul olan qonşularına yedirər, geri qalan üçdə birini də sədəqə verərdi. fikirlərini nəql etmişdir. Bu və digər rəvayətlərə istinad edən islam alimləri qurban ətinin üç hissəyə ayrılaraq ehtiyaclı olan insanlara paylanılmasını tövsiyə etmiş, həmçinin heyvanın dərisini, yununu, bağırsaqlarını, sümüklərini, piyini, baş-ayaq və digər hissələrinin satılması da qəbul etməmişlər.
    Qurban niyyəti ilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi. 
    Son olaraq qeyd etmək olar ki, bütün ibadət növlərində olduğu kimi Qurban ibadətinin də əsas mahiyyəti ixlas və səmimiyyətdədir. Bu səmimiyyət hər il müsəlmanların vəhdət və bərabərliyini bariz şəkildə nümayiş etdirir. 
    Müsəlmanlar birlikdə ləbbeyk deyib Allah evi Kəbənin ətrafında dövrə vurub onu yeddi dəfə təvaf edib digər vacib əməllərin icrasından sonra möhtərəm bir adın daşıyıcısı olurlar. Hər bir insan ilk dəfə bu evi gördükdə keçirdikləri hissləri qələmlə ifadə etmək mümkünsüzdür. Rəbbimiz tezliklə bu anı yaşamaq istəyənlərə bu arzuya yetmələrini nəsib etsin. Bütün zəvvarların tezliklə sağ-salamat vətənimizə qayıtmasına vasitə olsun. Amin!

    Samid  Quliyev
    AMEA Əlyazmalar İnstitutunun doktorantı 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 13.11.16 | Baxılıb: 699

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031