Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    İslamın ailəyə və qadına verdiyi dəyər
    Cəmiyyət müxtəlif ailələrin birləşməsindən yaranır və bu iki tərəfin - yəni cəmiyyət və ailənin - hər birinin səadəti digərindən birbaşa asılıdır.

    Ailə İslam dinində xüsusi əhəmiyyətə və müqəddəsliyə malikdir. Bu fikir Qurani-Kərimdə evliliyin Allah tərəfindən buyrulmuş vacib bir əməl olması ilə öz təsdiqini tapır: (Ey mö´minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir! (Nur, 32).  Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: Cəhənnəm əhlinin çoxu ailə qurmayan qadın və kişilərdir. (Mən la yəhzuruhul-fəqih 3, 384) və yaxud Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısını da təqvalı olsun. (Kafi 5, 328). Hədislərdən də görünür ki, ailə qurmaq Cəhənnəm atəşindən qorunmaq üçün vasitələrdən biridir.
    Bəs dinimiz meydana gəldikdən sonra İslam mədəniyyətinin ailə həyatında rolu və önəmi nə olmuşdur? Ilk öncə İslam dinindən əvvəl mövcud olan ailə həyatına nəzər yetirək. Uca Allah buyurmuşdur: Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa, 1). Ayədə deyildiyi kimi Allah-Təala öncə kişini yaratmışdır. Daha sonra ona yoldaş olması, onun ünsiyyət qurması və insan soyunu artırması üçün qadını xəlq etmişdir. Onları biri-birlərinə ayrılmaz bağlarla ailə bağları ilə birləşdirmişdir. Qadına isə ailə daxilində müəyyən hüquqlar vermişdir.
    Lakin Uca Yaradan tərəfindən qadınlara verilmiş bu hüquqlar bir çox cəmiyyətlərdə tamamilə məhdudlaşdırılmışdır. Tarixi məlumatlar əsasında deyə bilərik ki, İslamdan öncə qadına insan kimi dəyər verilməmiş, onun bütün hüquqları tapdalanmış, insan yerinə qoyulmamışdır. Onun cəmiyyətdə heç bir mövqeyi olmamışdır. Qadına insan ilə heyvan arasında bir məxluq kimi baxılmışdır. Qadına yalnız kişiyə qulluq etmək və nəsil artırmaq üçün vasitə kimi yanaşılmışdır. Qız övladlarına olan mənfi fikirlər o qədər geniş yayılmışdır ki, hətta qız övladlarının diri-diri torpağa basdırılması ərəb qəbilələri arasında bir adət halını almışdır. Həmin dövrdə qız övladı olan bir ata utancından üzünü gizlədir, qəzəbindən nə edəcəyini bilmirdi. Qız övladlarının ailədə doğulmasının səbəbkarı və günahkarı qadın hesab edilmiş, qız uşaqlarının ailəyə dərd, rüsvayçılıq gətirdiyi düşünülmüşdür. Nəslin və soyun davam etməsi üçün oğlan övladının olması vacib sayılmışdır. Öğlan uşağı olmayan kişilər isə sonsuz sayılmışlar. Bunu Uca Yaradanın Qurani-Kərimdə Məhəmməd peyğəmbəri (s) sonsuz adlandıranlara cavab olaraq endirdiyi surədən aydın görmək olar: Həqiqətən, onun özü sonsuzdur! (əl-Kovsər, 3). Bu barədə bir hədisdə deyilir: Bir gün əziz Peyğəmbərimiz (s) Məscidül-Həramdan çıxdığı vaxt müşriklərin başçılarından biri olan As ibn Vail ona yaxınlaşıb, söhbətə başladı. Kəbə ətrafında əyləşən Qüreyş başçıları da uzaqdan bu səhnəni müşahidə edirdilər. As ibn Vail onlara yaxınlaşdıqda soruşdular: Kiminlə söhbət edirdin? O cavab verdi: O əbtər kişi ilə (Müsnədi Əhməd 1, 202). Ərəblər oğlu olmayan şəxsə əbtər yəni, sonsuz deyirdilər. İslam Peyğəmbərinin oğlu Abdullah dünyadan getdiyi üçün müşriklər Peyğəmbərə (s) də bu ləqəbi qoymaqdan çəkinməmişlər. Kövsər surəsi nazil olduqdan sonra Peyğəmbər (s) firavan nemət və kövsərlə müjdələnmiş, onun düşmənləri əbtər adlandırılmışdır. Bu ayə özlüyündə qız övladları olan kişilərə qarşı cəmiyyətin mənfi mövqe tutmasının qarşısını alan əsas vasitə olmuşdur.
    Ərəbistan yarımadasında olduğu kimi digər qədim dövlətlərin qanunlarında da qadınlara ikinci sinif insanlar kimi baxılmışdır. Həmin dövrlərdə yəhudi və xristian cəmiyyətlərində qadın murdar sayıldığından o müqəddəs kitablara toxuna bilməzdi. Adəm Peyğəmbəri (ə) yoldan çıxardaraq ilk günah işləməsinə vasitəçi olan qadın cəmiyyətdə fitnəkar sayılmış və ona şeytan gözüylə baxılmışdır. Boşanmış qadınlar isə evlənə bilməzdilər və onlarla evlənən kişilər də zina etmiş hesab olunurdular. Qədim yunan cəmiyyətində qız övladı xidmətçi sayılırdı və ata öz qızını satmaq hüququna sahib idi. Qədim hind hüquq sisteminə əsasən isə qadın mirasdan pay ala bilməz, evlənə bilməz və başqa heç bir haqq tələb edə bilməzdi.
    Bu tarixi məlumatlar göstərir ki, qadınlar cəmiyyətdən tamamilə təcrid edilmiş vəziyyətdə olmuşlar. Allah-Təala Məhəmməd Peyğəmbəri (s) başda qadınlar olmaqla, zəiflərin əzildiyi, haqsızlığın baş alıb getdiyi, insani keyfiyyətlərin itirildiyi bir dövrdə bütün insanlığın, bəşəriyyətin hamisi kimi göndərmişdir. İslam dini yayılmağa başladığı vaxtlardan etibarən Cənnətin anaların ayaqları altında olması ifadəsi ilə qadınlara ən yüksək dəyəri vermişdir. Məhz İslam dininin özü ilə bərabər gətirdiyi qanunlarla qadınlara hüquqlar verilmiş, qız uşaqlarının diri-diri torpağa basdırılması adəti tamamilə ləğv edilmişdir. Qız övladlarına sahib olan atalar onları həddi buluğa çatanadək böyüdüb tərbiyə etdikləri və ərə verdikləri təqdirdə Cənnətlə müjdələnmişlər. Bununla da qadınların cəmiyyətdə, ailədə tutduqları mövqe tamamilə dəyişdirilmişdir. Peyğəmbər (s) buyurmuşdur: Kim ki, qız uşağını gözəl tərbiyə edib, Allah-Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə o qız uşağı onun üçün bir bərəkət olar, Cəhənnəmdən azad olub, rahat Cənnətə girməyinə səbəb olar (Tabərani), İki qız övladına gözəl rəftar edən, mütləq Cənnətə girər (İbni Macə) və ya İki qızı və ya iki bacısı olub, ehtiyaclarını gözəl qarşılayanla Cənnətdə bərabər olarıq (Tirmizi), Qızı olan şəxs onu özündən bezdirməsin, acılamasın, oğlanlarını ondan qabağa keçirməsin. Əgər belə edərsə, Allah onu behiştə daxil edər (İzdivac dər İslam, səh-136), Bir qızı olan şəxsin savabı min həccin, min cihadın, min qurbanlığın və min qonaqlığın savabından çoxdur (Həmin mənbə).
    İslam dininin insanların şüurlarında qadın haqqında canlandırdığı obraz isə ana obrazıdır. Məhz dinimiz meydana gəldikdən sonra qadın dedikdə, insanların şüurlarında, gözləri önündə ilk öncə ana obrazı canlanmışdır. Anaya verilən dəyər sayəsində cəmiyyətdəki bütün qadınların dəyəri daha da yüksəlmişdir. Ailə ilk məktəb və təlim ocağı olduğundan insan ilk öncə ailədə öyrənməyə başlayır, ilkin bilgilərini ailədə alır. Ana öz övladına hələ bətnində daşıdığı vaxtdan müəllimlik edir, ona sevgini, inamı, Allah sevgisini ötürür. Bu səbəbdən də İslam dini ailəyə və ən əsası da qadına digər cəmiyyətlərdə misli görülməmiş dəyəri vermiş, ailə və qadın cəmiyyətdə ön plana çıxmışdır. İnsanlara anaya sevgi, ehtiram və layiqli dəyər verməsini əmr etmişdir. Əslində ailə məvhumuna İslamı bütün dünyaya tanıtdırmaq üçün bir ünsür kimi baxmaq olar. Ailənin möhkəm və vahid olması, ailədə fərdlərin mövqe və vəzifələrinin mövcudluğu dinimizin yaratdığı nizam-intizamdan xəbər verir. Zahiri baxımdan cəmiyyətin ən kiçik qurumu olmasına baxmayaraq, əhəmiyyətinə görə ailə cəmiyyətin əsas sütunlarından birini təşkil edir. Bu sütunda həlledici rolu isə ana oynayır. Qadın yeganə varlıqdır ki, onun bəxş etdiyi insanlar sayəsində nəinki bir cəmiyyət, bütün bəşəriyyət böyük insani dəyərlərə malik olar.
    Təsadüfi deyil ki, belə bir deyim mövcuddur: Ailə kiçik dövlətdir. Hər bir dövlətdə və cəmiyyətdə idarəedici biri olduğu kimi İslama görə də ailədə bir rəhbər vardır və bu rəhbərlik kişiyə verilmişdir. Qadın isə ona tabedir. Ancaq bu tabelik İslamda qadını kişidən aşağı mövqeyə salmır. Ailədə nizam-intizamın yaradılmasında, ailənin maddi təminatında, kənar təsirlərdən ailənin mühafizəsində kişinin məsuliyyət və öhdəliklərinin daha böyük olması səbəbi ilə rəhbərlik ona verilimişdir. Necə ki, bir cəmiyyətdə və dövlətdə rəhbər, başçı olmasa həmin cəmiyyət, dövlət məhvə məhkum olduğu kimi, başçısı olmayan bir ailə də uçuruma sürüklənər. Bu rəhbərlik səlahiyyətlərinə baxmayaraq, öz öhdəliklərinə əməl etməyən kişi qanun, din və İslam cəmiyyəti önündə məsuliyyət daşıyır. Ona görə də, din və cəmiyyət bu məsuliyyəti ictimai-siyasi əsas kimi qəbul edir. Rəhbərliyin kişilərə verilməsi isə onların qadın hüquqlarını tapdalamasına, qadınlarını incitməsinə haqq qazandırmır. Bu haqda Quran ayələri və Məhəmməd peyğəmbərin (s) bir çox hədisləri vardır: "Sizin xeyirliniz, qadınlarına xeyirli olandır (yaxşı davranan)", "... Kişi ailədə idarəçidir və rəhbərliyindən məsuldur. Qadın da ərinin evində idarəçidir və əlinin altındakılardan məsuldur", Allah-Təala qadınlara qarşı kişilərdən daha mehribandır. Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-Təala qiyamət günündə onu şad etməsin (Biharul-Ənvar, c.74, səh.84, hədis 94 ).Allahın qadınlara verdiyi dəyəri isə Qurani-Kərimdə qadınlara aid bir surəni Nisa surəsini (nisa ərəb dilindən tərcümədə qadınlar deməkdir) nazil etməsində aydın görə bilərik.
    Ailənin səciyyəvi xüsusiyyətlərindən biri də qadının ailədəki rolu və hüquqlarıdır. İslam qadını kamil varlıq hesab edir və onu kişi ilə bərabər tutur. İslam qanunlarına əsasən qadın iqtisadi hüquqa malikdir. Ərinin müdaxiləsi olmadan istənilən vaxt malik olduğu əmlakı sata bilər. Müsəlman qadını 1400 il öncədən bu hüquqa malik olsa da, Qərb qadını yarım əsr öncəyə qədər atası və ya ərinin icazəsi olmadan alqı-satqı etmək hüququna malik olmamışdır. Müsəlman qadınlar kişilər kimi təhsil alma, iqtisadi, ictimai fəaliyyət göstərmə, dini mərasimlərdə iştirak etmək hüquqlarına malikdirlər. İslam dininə görə, qadın sadəcə evin təmizliyinə baxan və ailə üzvlərinin xidmətində duran bir xidmətçi deyildir. Dinimiz qadına çox önəmli vəzifələr vermişdir ki, onları yerinə yetirə bilməsi üçün qadına lazım olan elm və tərbiyənin verilməsi vacib sayılır. Rəsulullahın (s) zamanında bu maarifləndirmə və tərbiyə işini şəxsən Peyğəmbərimiz (s) öz səhabələri və müsəlman qadınlar arasında məsciddə icra etmişdir. Buradan da aydın olur ki, o zamanlar qadınlar məscidə sadəcə namaz qılmaq üçün getməmişlər, çünki Rəsulullahın (s) bir çox hədislərində buyrulmuşdur ki, qadının namaz qıla biləcəyi ən xeyirli yer evidir. Deməli qadınlar məscidə namaz qılmaqla yanaşı, Həzrət Məhəmmədin (s) orada söyləmiş olduğu xütbə və nəsihətlərdən bəhrələnmək üçün getmişlər. Allahın Rəsulu (s) qadınlara kişilərlə bərabər verdiyi dərslərlə yanaşı, həftədə bir gün (cümə axşamı günü) sadəcə qadınların iştirak etdiyi, onlara məxsus problemlərin müzakirə olunduğu özəl dərslər də vermişdir. Bütün bu maarifləndirmə işləri cəmiyyətdə insani keyfiyyətlərin yüksəldilməsinə, İslam dininin ümumbəşəri din halına gətirilməsində müsəlmanların, müsəlman ailələrinin  rolunun artırılmasına, İslami dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsinə xidmət etmişdir.
    Sonda qeyd edək ki, ailə qurmaq insanların mənəvi cəhətdən rahatlıq tapmaq, iztirablardan xilas olmaq səbəbidir. Habelə ailə insanı cəmiyyətin bütün yönlərindəki fəaliyyətinə, işgüzarlığına sövq edir, günahlardan qorunmağa, Allah dərgahına yaxınlaşmağa vasitə olur. Bu yaxınlaşmaya səbəb olan əsas meyarlardan biri ailədə qadınlarla yaxşı rəftar etməkdir ki, İslam dini bunu çox təkidlə buyurur. Belə ki, hətta qadınları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi İlahi əmanətə xəyanət hesab edir. Məhəmməd Peyğəmbər (s) qızı Fatiməni Əli ibni Əbutalibin (ə) evinə köçürən zaman "Ya Əli, qızım sənin əlində əmanətdir. (əz-Zöhdli lil Huseyn ibni Səid, səh.63, hədis 166) buyurur.Vida xütbəsində isə qadın və övladlarınız Allahın sizlərə verdiyi bir əmanətdir (Əbu Davud, Zəkat, 45) söyləyir. Buna görə də əmanət qorunub mühafizə olunmalıdır.
     
    Rima Hacıyeva
    DQİDK-nın əməkdaşı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 13.11.16 | Baxılıb: 795

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031